Saytımızı qiymətləndirin


 
 

Bakıda kiçik toy məclisi təşkil edən şəxslər cəzalandırıldı
Tarix: 13-07-2020 | Saat: 14:53
Bölmə:Karusel / Sosial | çapa göndər

 

 

Bakıda kiçik toy məclisi təşkil edən şəxslər cəzalandırıldı

Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə kiçik toy məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Daxili İşlrə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan Azad Cavadovun oğıuna toy məclisi təşkil etməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin əraziyə yollanaraq karantin qaydasının pozulması halını aşkar ediblər. Məclisin təşkilatçısı A.Cavadov və orada daha 15 nəfər qonaq saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan ümumilikdə 16 nəfər barəsində Polis Şöbəsində  İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onların hər biri 200 manat məbləğində cərimə ediliblər.



Xəbəri paylaş

384 dəfə oxunub.

Digər xəbərlər
24-01-2022, 10:46 Fatma Girik vəfat edib