Tarix: 09-11-2022 | Saat: 17:55
Bölmə:Karusel / Manşet | çapa göndər
Moskvada “Şuşa, sən azadsan!” filmi nümayiş etdirilib.
Qarabaginfo.az-ın məlumatına görə, Azərbaycanın Dövlət Bayrağı Gününə və 8 Noyabr - Zəfər Gününə həsr edilmiş filmin qapalı nümayişi Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) “Azərbaycan” pavilyonunda baş tutub.
"Azərbaycan" pavilyonunun direktoru Səadət Kadırova bildirib ki, bu gün iki möhtəşəm bayram qeyd olunur: "Zəfər Günü və Dövlət Bayrağı Günü... Bugünkü tədbir daha çox gənclərə hesablanıb. “Şuşa, sən azadsan" filminin nümayişi ilə gənclərə göstərmək istəyirik ki, Azərbaycan bu qələbəni, zəfəri necə qazanıb. Gənclər öz tarixlərini bilməlidirlər. Ona görə də bizim üçün bu filmi nümayiş etdirmək çox vacib idi. Eləcə də bu gün pavilyonumuzda kiçik fotosərgi də nümayiş olunur. Həmin fotolarda Azərbaycan xalqının Vətən müharibəsində qazandığı qələbəni necə coşqu, sevinclə qeyd etməsi əks olunub. Eyni zamanda sərgidə işğaldan azad olunan Şuşada keçirilən ilk Xarı Bülbül festivalından maraqlı görüntülər əks olunub. Düşünürəm ki, Şuşanın hər bir azərbaycanlı üçün müqəddəs əhəmiyyəti var. Ona görə də, niyə məhz bu gün "Şuşa, sən azadsan" filmini nümayiş etdirməyimiz barədə heç kəsdə sual yaranmamalıdır".
Qeyd edək ki, real hadisələr əsasında çəkilmiş film “Baku Media Center”in və “Salnaməfilm” studiyasının birgə işidir. Filmin baş prodüseri Arzu Əliyevadır.
Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının maraqlı detallarının əks edildiyi filmdə bu əməliyyatın iştirakçıları olmuş şanlı Azərbaycan əsgər və zabitləri ilə müsahibələr, Şuşa şəhəri uğrunda döyüşlərin gedişatında çəkilmiş eksklüziv kadrlar təqdim edilir.
Film Azərbaycan dilində nümayiş etdirilib.
Digər xəbərlər