Saytımızı qiymətləndirin


 
 

Bakıda qar örtüyünün hündürlüyü 20 sm-dir - FAKTİKİ HAVA
Tarix: 24-02-2021 | Saat: 12:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bakıda qar örtüyünün hündürlüyü 20 sm-dir - FAKTİKİ HAVA

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən xəbərə görə, fevralın 24-ü saat 12:00-a olan məlumatına əsasən, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qrız, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabrana qar yağıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47 sm, Şahdağda 27 sm, Lerikdə 16 sm, Qrızda 14 sm, Gədəbəydə 12 sm, Xaltan, Şamaxıda 11 sm, İsmayıllıda 10 sm, Mərəzədə 9 sm, Qusarda 8 sm, Qubada 7 sm, Kişçayda (Şəki) 6 sm, Lənkəran, Altıağac, Şabranda 4 sm, Xınalıq, Oğuz, Qəbələdə 3 sm, Astarada 2 sm, Şəki, Xaçmaz, Yardımlıda 1 sm, Bakıda 20 sm, Sumqayıtda 8 sm, Binədə 6 sm,  Maştağada 5 sm olub.



Xəbəri paylaş

1365 dəfə oxunub.

Digər xəbərlər