Saytımızı qiymətləndirin


 
 

Blinkendən Bayramov-Mirzoyan görüşünə REAKSİYA
Tarix: 08-11-2022 | Saat: 13:02
Bölmə:Karusel / Region | çapa göndər

Blinkendən Bayramov-Mirzoyan görüşünə REAKSİYA

Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun tərəfdarıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu bazar ertəsi Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla üçtərəfli görüşü açan ABŞ dövlət katibi Entoni Blinken deyib.

O qeyd edib ki, rəsmi Vaşinqton tərəflərin birbaşa dialoqunu Qarabağ münaqişəsinin həlli və Bakı ilə İrəvan arasında sülhün açarı hesab edir.


Eyni zamanda, Blinken əmin edib ki, “ABŞ həm Ermənistanın, həm də Azərbaycanın suverenliyini və ərazi müstəqilliyini qətiyyətlə dəstəkləyir”.
 

“Sadəcə onu deyərdim ki, ABŞ həm Ermənistanın, həm də Azərbaycanın dostu kimi bu səylərdə sizə dəstək olmaq üçün bacardığı qədər əlindən gələni etmək niyyətindədir",- Blinken əlavə edib.


ABŞ xarici siyasət idarəsinin rəhbəri Qarabağ münaqişəsinin belə ağır nəticələrinin olmasından təəssüfləndiyini bildirib.


"Hazırda gördüklərimiz hər iki ölkənin keçmişi arxada qoyması və davamlı sülhə doğru çalışması üçün real və cəsarətli addımlardır. Hər iki ölkə Cənubi Qafqaz üçün son nəticədə daha parlaq gələcəyi təmin etmək üçün bu məqsədlərə doğru çalışır”, - Blinken bildirib.


O qeyd edib ki, Ermənistan və Azərbaycan hökumətlərini “bu məqsədə nail olmaq üçün göstərdikləri cəsarət və qətiyyətə görə alqışlayır”.

İclasın qalan hissəsi bağlı qapılar arxasında keçirilib.

Xatırladaq ki, dünən Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb.

Nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd ediblər. Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib.

Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər.



Xəbəri paylaş

1138 dəfə oxunub.

Digər xəbərlər