Saytımızı qiymətləndirin


 
 

DİN əməkdaşları şərəfli döyüş yolu keçib - GENERAL
Tarix: 05-11-2022 | Saat: 17:19
Bölmə:Karusel | çapa göndər

DİN əməkdaşları şərəfli döyüş yolu keçib - GENERAL

“Bu gün əlamətdar və qürurverici gündür”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanın müavini, general-mayor İnqilab Muradov DİN tərəfindən Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş təntənəli mərasimdə deyib.

 

"Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları şərəfli döyüş yolu keçib. Şəxsi heyət Murovdağdan Şuşaya qədər döyüş yolu keçib. Torpaqların azad olunmasında onlardan 66 nəfər şəhidlik zirvəsinə ucalıb, 346 nəfər yaralanıb, dörd nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Minlərlə əməkdaş orden və medallarla təltif olunub. Hərbi qulluqçularımızın döyüş meydanında göstərdikləri qəhrəmanlıqlar göz önündədir. Onlar mənəvi dəyərlərimizə ehtiramla yanaşaraq, vəzifə borclarını şərəflə yerinə yetiriblər. Müharibədə döyüş ruhu olmadan qələbə qazanmaq mümkün deyil”, - general bildirib.

 

Tədbirin davamında çıxış edənlər DİN-in "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsinin komandiri, "Zafər" ordenli, kapitan Anar Mahmudov, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilən polis şöbəsinin bölük komandiri, polis mayoru Elçin Bəhmənov, "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilən DİN-in Əlahiddə Çevik Polis Alayının polis nəfəri, kiçik serjant Kənan Sultanov və digərləri istər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində DİN-in hərbi qulluqçularının və polis əməkdaşlarının ön cəbhənin müxtəlif istiqamətlərində işğalçı düşmənə qarşı mətinliklə döyüşdüklərini bildiriblər.



Xəbəri paylaş

98 dəfə oxunub.

Digər xəbərlər