Bu gündən bütün İranda universitetlər tətilə başlayıb.
Qarabaginfo.az İran KİV-lərinə istinadla bildirir ki, bəyanatlarda tələbələrin bu gündən etibarən dərslərə qatılmayacaqları qeyd olunub.
Bundan əlavə, tələbələr ümummilli tətildən qayıtmaq üçün bəzi tələblər də irəli sürüblər: Həbs olunan tələbələrin qeyd-şərtsiz azadlığa buraxılması, azad edilmiş tələbələr üçün həbs orderlərinin qadağan edilməsi, son akademik qadağaların aradan qaldırılması, təhlükəsizlik qüvvələrinin universitetlərdən çəkilməsi, tələbələrə şəxsi geyimlərin verilməsi, son hadisələrdə rol oynayan bütün agentlərin və təhlükəsizlik işçilərinin universitetdən uzaqlaşdırılması və yeməkxanada cins ayrı-seçkiliyi və mühafizəyə müdaxilə kimi universiteti tənzimləyən mürtəce qanunlara son qoyulması və s...