Saytımızı qiymətləndirin


 
 

DİN: Bütün kütləvi tədbirlərin təşkili və keçirilməsi qadağandır
Tarix: 05-05-2021 | Saat: 15:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

DİN: Bütün kütləvi tədbirlərin təşkili və keçirilməsi qadağandır

Sosial şəbəkələrin bəzi istifadəçiləri polis tərəfindən Sabunçu rayonunda dini mərasimlərin qarşısını alaraq zorakılıq etməsilə bağlı əsassız paylaşımlar ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, respublika ərazisində tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun olaraq, bütün kütləvi tədbirlərin təşkili və keçirilməsi qadağandır.

Keçirilən mərasimlərin məqsədindən asılı olmayaraq, 5 nəfərdən artıq şəxsin bir yerdə cəmlənməsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarının pozulmasıdır. COVID-19 infeksiyasına yoluxma təhlükəsini nəzərə alaraq, ayrı-ayrı ünvanlarda kütləvi toplaşmalarla müşayət olan halların qarşısı alınıb. Həmin şəxslərin hər birilə profilaktik söhbətlər aparılmaqla, barələrində inzibati tənbeh tədbirləri tətbiq olunub.

İnfeksiya şəraitində hər bir şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına və özünütəcrid tədbirlərinə ciddi əməl etməlidir.

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinin mühafizəsində daxili işlər orqanları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.



Xəbəri paylaş

1359 dəfə oxunub.

Digər xəbərlər