Saytımızı qiymətləndirin


 
 

Taxıl Sazişi: Hansı məhsullar ixrac edilib, ən çox hansı ölkələr alıb? - SİYAHI
Tarix: 17-07-2023 | Saat: 15:36
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Taxıl Sazişi: Hansı məhsullar ixrac edilib, ən çox hansı ölkələr alıb? - SİYAHI

Rusiya bu gün 2022-ci ilin 22 iyul tarixində BMT və Türkiyənin vasitəçiliyi ilə İstanbulda imzalanmış Taxıl Sazişindən çıxdığını bəyan edib.

 

Qarabaginfo.az “Sky News“a istinadən xəbər verir ki, sazişin vaxtı həmin müddətdən sonra üç dəfə - imzalanmasından 120 gün sonra ötən ilin noyabrında, daha sonra isə bu ilin mart və may aylarında uzadılıb.

 

Rusiyanın Qara Dəniz Donanmasının Ukraynanı blokadaya alması səbəbi ilə dünyada ərzağın qiymətinin artdığı müşahidə edilir. Dünyanın ən yoxsul bölgələrinin qida tədarükü Qara Dənizi vasitəsilə həyata keçirildiyindən Taxıl Sazişinin ləğvinin həmin bölgələrdə aclıq böhranına səbəb ola biləcəyi bildirilir.

 

BMT-nin məlumatına görə, Taxıl Sazişi çərçivəsində Ukrayna bu vaxtadək 32,9 milyon ton taxıl və digər məhsullar ixrac edib.

 

Gəmilər Ukraynanın üç əsas – Odessa, Çernomorsk və Pivdennyi limanlarından yola düşüblər.

 

BMT-nin statistikasına görə, saziş çərçivəsində Ukraynadan ən çox məhsul idxal edən ölkələr aşağıdakılardır:

 

1. Çin – 8 milyon ton;

2. İspaniya – 6 milyon ton;

3. Türkiyə - 3,2 milyon ton;

4. İtaliya – 2,1 milyon ton;

5. Niderland – 2 milyon ton;

 

Statistikaya görə, ixrac edilən məhsulun 51%-ni qarğıdalı, 27%-ni taxıl, 6%-ni günəbaxan yemi, 5%-ni günəbaxan yağı, 11%-ni isə digər məhsullar təşkil edib.(Apa)

 



Xəbəri paylaş

1135 dəfə oxunub.

Digər xəbərlər
28-12-2021, 17:59 Peyvənd olunanların SAYI