Saytımızı qiymətləndirin


 
 

Lukaşenko pandemiyanın qəsdən təşkil edilməsinin səbəbini AÇIQLADI
Tarix: 04-11-2022 | Saat: 14:59
Bölmə:Karusel | çapa göndər

Lukaşenko pandemiyanın qəsdən təşkil edilməsinin səbəbini AÇIQLADI

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, bu gün demək olar ki, hər kəs COVID-19 pandemiyasının dünya ölkələrinin və ilk növbədə Çinin iqtisadiyyatlarını zəiflətmək üçün süni şəkildə təşkil edildiyi ilə razılaşır.


Qarabaginfo.az xəbər verir ki, Aleksandr Lukaşenko bu gün Belarus Milli Biotexnoloji Korporasiyasının yeni əczaçılıq müəssisəsində olarkən qeyd edib ki, dünyada bütün iqtisadi problemlərin kökündə “covid” dayanır.
Lukaşenko hətta iki il əvvəl belə bir ssenari üzrə nələrin baş verəcəyi barədə xəbərdarlıq etdiyini xatırladıb.


"Onda çoxları mənim onlara nə təklif etdiyimi başa düşmədi. “Bütün dünya bu yolla gedir, amma o, belarusları öldürmək istəyir" söylədilər. Onda mən həmişə sual verirdim: bu, pandemiya ilə süni şəkildə yaradılmış vəziyyətdir, yoxsa təbiidir? Artıq bu gün 90% danışır ki, bu sünidir. Bu nə üçün idi? Bütün dünyanı və ilk növbədə Çini çökdürmək, iqtisadiyyatı çökdürmək, dövləti dağıtmaq üçün”.


Lukaşenko qeyd edib ki, dünyada, o cümlədən Belarusda hazırkı inflyasiya Amerika Birləşmiş Ştatları və qismən də Avropa İttifaqı tərəfindən yaradılan inflyasiyadır.



Xəbəri paylaş

136 dəfə oxunub.

Digər xəbərlər
29-11-2023, 11:47 Nazir xalqdan üzr istədi
23-02-2022, 12:54 Sabaha olan hava proqnozu