Saytımızı qiymətləndirin


 
 

Nazirlikdən Lerikdəki qıfıllı məktəblə bağlı məsələyə REAKSİYA
Tarix: 02-11-2022 | Saat: 11:25
Bölmə:Karusel | çapa göndər

Nazirlikdən Lerikdəki qıfıllı məktəblə bağlı məsələyə REAKSİYA

Lerik rayonun Loda kəndində tikilmiş modul tipli məktəb binası podratçı ilə mübahisələrə görə bağlı qalıb. Uşaqlar artıq ikinci dərs ilidir ki, oxumaq üçün yeni məktəbə gedə bilmirlər. 

 

Qarabaginfo.az Azpost.info-ya istinadən  bildirir ki, bu barədə yerli sakinlər məlumat verib.

 

Qeyd olunur ki, dövlət maliyyə dəstəyi ilə 2020-ci ildə kənddə modul tipli orta məktəb binası tikilib. İşlər başa çatdıqdan sonra tikintidə çalışmış işçilərə xeyli borc yığılıb. Borcu ödəyəcək qurumlar isə günahı bir-birinin üzərinə atır. Belə ki, tikintini aparan “Modenko” MMC ilə subpodratçı arasında maliyyə qalmaqalı məktəbi bağlı, fəhlələri pulsuz qoyub. Tikintidə çalışmış sürücünün sözlərinə görə, Lerikdə 3 belə modul məktəbin tikilməsinə 700 min manat ayrılsa da subpodratçı bu məbləğin cəmi 200 min manatını aldığını iddia edib.

 

Tikintinin aparılması üçün Astaranın tikinti malları satılan mağazalarından təyinat üzrə mallar alınıb, amma pullar ödənilməyib.

 

Şikayətçilərin sözlərinə görə, dəfələrə bu barədə müxtəlif rəsmi qurumlara müraciət etsələr də nəticə olmur. Vəziyyət isə bu qaydada davam edir: Şagirdlər uçuq, köhnə məktəbdə oxumaqda davam edir, yeni binanın qapısı isə qıfıllıanıb.

 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Modern.az-a məsələnin diqqətdə olduğunu bildirib.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin ölkə ərazisində təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb. Bu sərəncama əsasən ölkə ərazisində modul tipli məktəblərin tikilməsi üçün maliyyə ayrılıb. Sonuncu belə sərəncam bu ilin sentyabrında imzalanıb. Həmin sənədə əsasən Elm və Təhsil Nazirliyinə 5 milyon manat ayrılıb.

 



Xəbəri paylaş

128 dəfə oxunub.

Digər xəbərlər