Saytımızı qiymətləndirin


 
 

Ruben Vardanyan hələ Moskvadadır
Tarix: 10-02-2023 | Saat: 13:35
Bölmə:Karusel | çapa göndər

Ruben Vardanyan hələ Moskvadadır

 

Qarabağ separatçılarının “dövlət naziri” adlandırılan Ruben Vardanyan hələ Moskvadan qayıtmayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti – “Azatutyun”u bildirib.

“Qarabağ müxalifətçisi” kimi təqdim olunan Tiqran Petrosyan radioya deyib ki, “Arayik Arutyunyan artıq qayıdıb, amma Ruben Vardanyan hələ Moskvadadır”.


Vardanyanın Qarabağdan necə çıxması barədə suala Petrosyan belə cavab verib:

“Ola bilsin, Rusiya sülhməramlıları, ya da “Qırmızı Xaç”la gedib, dəqiq deyə bilmərəm. Amma burda olmaması dəqiqdir”.

Tiqran Petrosyanın sözlərinə görə indi Arayik Arutyunyanın komanda üzvləri Xankəndidə şayiə yayırlar ki, Ruben Vardanyan ya qayıtmayacaq, ya da istefa ərizəsi ilə qayıdacaq:

“Məndə olan informasiyaya görə Arayik Arutyunyan Nikol Paşinyanla da görüşüb və Paşinyan da Ruben Vardanyana qarşı çıxır”.

Qeyd edək ki, erməni KİV-ləri xeyli vaxtdır Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanla qondarma “dövlət naziri” Ruben Vardanyan arasında çəkişmə oldğunu yazır.

Bildirilir ki, bir müddət öncə Moskvaya gedən Arutyunyan Qarabağ separatçılarının rəhbərliyində kimin qalacağı məsələsini müzakir edib.

Arutyunyan Xankəndiyə qayıdandan sonra Ruben Vardanyan Moskvaya gedib.



Xəbəri paylaş

135 dəfə oxunub.

Digər xəbərlər