"Rusiyanın nüvə enerjisi ilə işləyən "Kinjal" raketləri Londona daha tez çatmaq üçün Belarusa köçürülüb".
Qarabaginfo.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
Görüntülərdə yeddi metrlik raket konteynerinin yaxınlığında iki MiQ-31K Foxhound təyyarəsi əks olunub. "Kinjal" səsdən 12 dəfəyə qədər sürətlə hərəkət edə bilir
Bununla da, Putinin Belarusa köçürdüyü ölümcül raketlər təxminən 9 dəqiqəyə Londona çata bilər
Bildirilir ki, ölümcül silahlar Londondan təxminən 1100 mil uzaqlıqda yerləşdirilib. Britaniya Müdafiə Nazirliyi Belarusun paytaxtı Minskdən təxminən səkkiz mil cənubda aerodromda çəkilmiş bir görüntünü media ilə paylaşıb.