Saytımızı qiymətləndirin


 
 

Markov Ermənistan-Azərbaycan nizamlanmasının dörd ssenarisini təqdim edib
Tarix: 01-11-2022 | Saat: 15:36
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Markov Ermənistan-Azərbaycan nizamlanmasının dörd ssenarisini təqdim edib

Rusiyalı Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının dörd ssenarisini təqdim edib.

Qarabaqinfo.az məlumatına görə, rusiyalı politoloqun fikrincə, nizamlanma ilə bağlı dörd prosesin baş vermə ehtimalı yüksəkdir.

"Əsas ssenari: Azərbaycan heç bir şərt olmadan Qarabağın Azərbaycanın tərkib hissəsi olmasının Ermənistan tərəfindən tanınmasını tələb edəcək. Əgər Ermənistan tanımasa, onda 3 ildən sonra sülhməramlılarla bağlı müqavilə başa çatacaq və onlar Qarabağı tərk edəcəklər və Azərbaycan ordusu sakitcə Qarabağa daxil olacaq və Ermənistan ordusu zəifliyinə görə müqavimət belə göstərməyəcək.

İkinci ssenari: Azərbaycanın bu planını puça çıxarmaq üçün Paşinyan ya Rusiyanı münaqişəyə cəlb etməyə, ya da Rusiyanı Rusiyanın düşmənləri ilə, Fransa, Aİ, ABŞ ilə əvəzləməyə çalışacaq .APA

Üçüncü ssenari, Paşinyanın bu planını puça çıxarmaq üçün Rusiya Paşinyanın yerinə daha çox rusiyayönümlü siyasətçi gətirməyə çalışacaq.

Dördüncü ssenari isə ondan ibarətdir ki, bu müddətdə Azərbaycan və Ermənistan arasında müxtəlif platformalarda sülh sazişi üzrə danışıqlar aparılacaq, lakin bu danışıqların heç bit nəticəsi olmayacaq", - deyə Markov qeyd edib.



Xəbəri paylaş

1111 dəfə oxunub.

Digər xəbərlər