Saytımızı qiymətləndirin


 
 

ABŞ Enerji Departamenti: Azərbaycanın Avropaya enerji tədarükündəki istənilən rolu alqışlanacaq
Tarix: 31-10-2022 | Saat: 19:23
Bölmə:Karusel / İqtisadiyyat / Dünya | çapa göndər

 

Bred Krebtri

Azərbaycanın Avropaya enerji tədarükündə oynaya biləcəyi istənilən rol bizim avropalı müttəfiqlərimiz tərəfindən alqışlanacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Enerji Departamenti katibinin köməkçisi Bred Krebtri keçirdiyi onlayn brifinqdə APA-nın müxbirinin sualına cavabında bildirib.

“Bizim avropalı müttəfiqlərimiz Rusiya neft və qazından uzaqlaşmaq, enerji mənbələrini şaxələndirmək, etibar edəcəkləri ölkələrdən enerji tədarük etmək üçün bir çox ölkələrə baxırlar. Ona görə də düşünürəm ki, Azərbaycanın Avropaya enerji tədarükündə oynaya biləcəyi istənilən imkan bizim avropalı müttəfiqlərimiz tərəfindən alqışlanacaq. Əlbəttə, ABŞ ümumilikdə Avropa ölkələrinin enerji tədarükünü Rusiyadan kənara genişləndirilməsi və şaxələndirilməsi səylərini dəstəkləyir”, - Krebtri qeyd edib.



Xəbəri paylaş

1125 dəfə oxunub.

Digər xəbərlər