Saytımızı qiymətləndirin


 
 

Pezeşkian Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı hökmün icrası məsələsindən danışıb
Tarix: 14-10-2024 | Saat: 15:54
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Pezeşkian Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı hökmün icrası məsələsindən danışıb

İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxslə bağlı məhkəmə hökmünün icrası məsələsinə münasibət bildirib.
Qarabaginfo.az xəbər verir ki, İran dövlət başçısı bu barədə bu gün Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edərkən bildirib.

“Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxsin işi üzrə məhkəmə prosesi ilə bağlı biz hüquqi proseslərin tam həyata keçirilməsinə qədər bu məsələni izləyəcəyik”, - Məsud Pezeşkian vurğulayıb.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Onun barəsində bu ilin fevral ayında edam hökmü çıxarılıb.



Xəbəri paylaş

46 dəfə oxunub.

Digər xəbərlər