İsrail ordusu HƏMAS siyasi bürosu rəhbərinin müavini Saleh əl-Aurinin evinə zərbə endirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşri yazıb.
İordan çayının qərb sahilində yerləşən evin bir neçə ildir boş olduğu deyilir.
“İsrail ordusu HƏMAS-ın yüksək rütbəli rəsmisi Saleh Arurinin İordan çayının qərb sahilindəki evini dağıdıb”, – məlumatda deyilir.
İsrail mediası onu da yazır ki, Auri təkcə HƏMAS siyasi bürosu rəhbərinin müavini deyil, həm də hərəkatın silahlı qanadının yaradıcısıdır. Ötən həftə o, Livan “Hizbullah”ının nümayəndələri və “İslami Cihad”ın rəhbəri ilə görüşərək Fələstin-İsrail münaqişəsi ilə bağlı məsələləri müzakirə edib.