Saytımızı qiymətləndirin


 
 

Mikayıl Cabbarov qətərli həmkarı ilə görüşdü
Tarix: 30-10-2022 | Saat: 22:33
Bölmə:Karusel / Manşet | çapa göndər

Mikayıl Cabbarov qətərli həmkarı ilə görüşdü 

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qətərin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Həməd bin Qassim Al Abdullah Al Tani və ölkə Əmirinin şəxsi nümayəndəsi Şeyx Casim bin Həməd Al Tani ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviter səhifəsində paylaşım edib.

“Qətərin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Həməd bin Qassim Al Abdullah Al Tani ilə iki ölkə arasında ticarətin genişləndirilməsi, investisiya, nəqliyyat, enerji, sənaye, kiçik və orta biznesin inkişafı istiqamətlərində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etdik”, -deyə nazir qeyd edib.

Eyni zamanda, ölkə Əmirinin şəxsi nümayəndəsi ilə görüşünə də toxunan M.Cabbarov orada Azərbaycan və Qətər arasında ikitərəfli əlaqələrin, iqtisadi münasibətlərin yüksələn xətt üzrə inkişafını diqqətə çatdırdığını, qarşılıqlı faydalı əməkdaşlıq, həmçinin investisiya-ticarət və digər sahələrdə əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadiləsi apardığını vurğulayıb.



Xəbəri paylaş

1144 dəfə oxunub.

Digər xəbərlər