Saytımızı qiymətləndirin


 
 

Kreml təsdiqlədi: Üçtərəfli görüş Soçidə olacaq
Tarix: 28-10-2022 | Saat: 17:02
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Kreml təsdiqlədi: Üçtərəfli görüş Soçidə olacaq

Rusiya tərəfinin təşəbbüsü ilə Bazar ertəsi, oktyabrın 31-də Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır. Ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafının da müzakirə olunacağı gözlənilir”, - deyə məlumatda vurğulanır.

Mətbuat xidməti əlavə edib ki, Putin, Əliyev və Paşinyan arasında ayrıca söhbətlər planlaşdırılır.



Xəbəri paylaş

1127 dəfə oxunub.

Digər xəbərlər