Saytımızı qiymətləndirin


 
 

Putin: Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları ciddi ziyan vurmayıb
Tarix: 15-10-2026 | Saat: 21:36
Bölmə:Karusel / Dünya | çapa göndər

Picture background 

Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına son hücumları ciddi ziyana səbəb olmayıb.

"RBK"nın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Delovaya Rossiya” təşkilatının nümayəndələri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bir gün əvvəl Rusiyanın bir neçə neft emalı zavoduna zərbələr endirməyə cəhd edib.

“Bəzi obyektlərə zərbələr dəyib, lakin ciddi bir şey baş verməyib. Buna baxmayaraq, hücumları davam etdirirlər. Onlar ilk addımı atdılar, biz isə cavab verməyə başladıq. Buna başlamaq lazım deyildi. Bu addımı atmazdan əvvəl nəticələri barədə yaxşı düşünmək lazım idi”, – Putin vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə neft emalı zavodlarına hücumların ABŞ-ın sülh səylərinə zidd olduğunu bildirib.

O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin bu obyektlərə hücum qadağasının aradan qaldırılması barədə açıqlaması yeni bir məqam deyil. Peskovun sözlərinə görə, belə hücumlar əvvəlki günlərdə də davam edib.



Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər