Tarix: 15-10-2026 | Saat: 20:15
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukraynanın ABŞ istehsalı olan "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketləri tükənib.
Bu barədə vəziyyətlə tanış olan mənbə CNN-ə bildirib.
Qeyd edilib ki, bu, ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasındakı mübahisə fonunda baş verir.
Son günlərdə Ağ Ev Rusiya dizel yanacağının idxalı ilə bağlı razılaşma imzalayıb, Ukraynaya Rusiyanın neft infrastrukturuna zərbələri dayandırmaq üçün artan təzyiq göstərib.
Zelenski Trampın Rusiya prezidenti Vladimir Putinlə bağladığı razılaşmadan xəyanət hiss etdiyini və o vaxtdan bəri Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələr endirməyə davam edəcəyini açıqlayıb.
Zelenski aylardır ki, Ukraynada ABŞ istehsalı olan və ballistik raketləri vura bilən azsaylı müdafiə silahlarından biri sayılan "Patriot" raketlərinin tükənmək üzrə olduğu barədə dəfələrlə xəbərdarlıq edir.
Lakin bu raketlər həm çox bahadır, həm də qlobal miqyasda qıtlıq yaşanır. Belə ki, digər ölkələr ya öz ehtiyatlarını tamamilə tükədiblər, ya da müharibə şəraiti fonunda öz müdafiə sistemlərini gücləndirməyə çalışırlar.
Mənbə CNN-ə bildirib ki, raket çatışmazlığı səbəbindən son hücum zamanı atılan ballistik raketlərin demək olar ki, heç biri zərərsizləşdirilməyib.
Digər xəbərlər




















