Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Laçın yolunun təhlükəsizliyinə TƏMİNAT VERİR
Tarix: 28-10-2022 | Saat: 16:40
Bölmə:Karusel | çapa göndər

Azərbaycan Laçın yolunun təhlükəsizliyinə TƏMİNAT VERİR

“Sərhədlərin delimitasiyası üzrə komissiyanın Ermənistan tərəfindən olan rəhbəri bu gün deyir ki, bu proseslər getmir. Azərbaycan birinci gündən bu prosesdə iştirak edir. Ermənistan bu prosesi bir neçə dəfə pozub”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının Astanada keçirilən iclasında bildirib.

 

Ə.Əsədov qeyd edib ki, Azərbaycan bu prosesi davam etdirməyə hazırdır:

 

“Azərbaycanın suveren ərazisi müzakirə mövzusu deyil. Qarabağ Azərbaycandır! Demişik ki, Azərbaycan ərazisində heç bir Dağlıq Qarabağ mövcud deyil. Qarabağ iqtisadi rayonu və Azərbaycanın erməni mənşəli vətəndaşları var. Əgər onlar Azərbaycan vətəndaşlığını tanıyarlarsa, bizim Prezident İlham Əliyevin dediyi kimi, əgər onlar Azərbaycan qanunlarına tabe olsalar, Azərbaycanın başqa millətlərdən olan bütün vətəndaşları kimi, onların da bütün hüquqları təmin ediləcək”. 


Baş nazir 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı xatırladaraq qeyd edib ki, həmin sənədin bir bəndində nəqliyyat kommunikasiyalarının açılması nəzərdə tutulur:

 

“Həmin Bəyanata görə, Azərbaycan öz üzərinə öhdəlik götürüb ki, Laçın yolu fəaliyyət göstərəcək və Azərbaycan onun təhlükəsizliyinə zəmanət verir. Biz bütün öhdəliklərimizi yerinə yetiririk. Laçın yolu bu gün işləyir, dəhliz işləyir. Eyni zamanda, bizim Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına getmək imkanımız yoxdur. Nəinki imkan yoxdur, hətta biz Ermənistan ərazisində bu istiqamətdə hər hansı işlərin aparıldığını görmürük. Ermənistanın baş nazirinin müavini həm də nəqliyyatın bərpası üzrə üçtərəfli qrupun həmsədridir. Orada 40-44 kilometr uzunluğunda kiçik bir sahə var. Ermənistan bir il doqquz ay ərzində istər dəmiryol, istərsə də avtomobil yolu üzrə heç bir real tədbir görməyib”. 



Xəbəri paylaş

118 dəfə oxunub.

Digər xəbərlər