Saytımızı qiymətləndirin


 
 

Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsi yaranıb
Tarix: 24-10-2022 | Saat: 21:01
Bölmə:Karusel / Manşet | çapa göndər

Azərbaycan-Rusiya sərhədi bağlandı

Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postunda yük avtomobillərinin uzun növbəsi yaranıb.

Qarabaginfo.az-ın verdiyi məlumata görə, gömrük keçid məntəqəsində 2000-dən yuxarı maşın qarşı tərəfə keçmək üçün gözləyir.

“Samur” gömrük postundan  verilən məlumata görə, ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Qeyd edək ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur və qarşı tərəfin buraxılış sayına uyğun olaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilir.

Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün Rusiya tərəfi ilə müntəzəm danşıqlar aparır.



Xəbəri paylaş

1138 dəfə oxunub.

Digər xəbərlər