Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib
Tarix: 22-10-2022 | Saat: 17:25
Bölmə:Karusel / Manşet | çapa göndər
1198 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 22-10-2022 | Saat: 17:25
Bölmə:Karusel / Manşet | çapa göndər

Azərbaycan sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında uğurlu çıxışını davam etdirir.
Qarabaginfo.az-ın məlumatına görə, 74 kq çəkidə çıxış edən idmançı kolumbiyalı və şri-lankalı rəqibindən sonra 1/4 finalda Ermənistan təmsilçisini üstələyib.
Bu mərhələdə Hrayr Alıxanyanla qarşılaşan pəhləvanımız 4:2 hesablı qələbə qazanaraq, adını yarımfinala yazdırıb. Onun final yolundakı son rəqibi moldovalı Vasile Diakon olacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.
Xəbəri paylaş
Digər xəbərlər
24-05-2025, 14:23
Hakan Fidan Rusiyaya gedəcək
1-07-2026, 22:31
Hikmət Hacıyev Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenin fotosunu paylaşıb
18-04-2024, 11:23
Vəzifəli şəxslər barədə cinayət işi BAŞLANDI
19-08-2026, 12:22
İranın Baş Qərargah rəisi Körfəz ölkələrinə xəbərdarlıq edib: Heç nə Tehranın gözündən yayınmır
8-10-2020, 10:48
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
4-07-2026, 21:36
Tramp gələn həfrə Netanyahu ilə Ağ Evdə görüşə biləcəklərini deyib


















