Ana Sayfa > Karusel / Manşet > Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib22-10-2022, 17:25. Yazar: Admin |
Azərbaycan sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında uğurlu çıxışını davam etdirir. Qarabaginfo.az-ın məlumatına görə, 74 kq çəkidə çıxış edən idmançı kolumbiyalı və şri-lankalı rəqibindən sonra 1/4 finalda Ermənistan təmsilçisini üstələyib. Bu mərhələdə Hrayr Alıxanyanla qarşılaşan pəhləvanımız 4:2 hesablı qələbə qazanaraq, adını yarımfinala yazdırıb. Onun final yolundakı son rəqibi moldovalı Vasile Diakon olacaq. Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb. Geri dön |