Saytımızı qiymətləndirin


 
 

"Ukrayna hərbçiləri Xersonda Rusiya qoşunları ətrafında həlqəni daraldır..."
Tarix: 21-10-2022 | Saat: 12:50
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna və Rusiya Xerson uğrunda döyüşə hazırlaşır
"Biz təkidlə sağ sahil rayonunu tərk etməyi tövsiyə edirik..."
 
"Xerson Mariupoldan sonra böyüklüyünə görə Rusiya tərəfindən zəbt edilən ikinci yaşayış məntəqəsidir..."
 
"Biz ağılla, eyni zamanda, vaxtında hərəkət edəcəyik, asan olmayan qərarlar qəbul edilə bilər..."
 
"Mən sizi təxliyə ilə bağlı tələbləri icra etməməyə çağırıram, şər imperiyası sizdən canlı qalxan kimi istifadə etmək istəyir..."
 
"Bu ilin sonuna xeyli uğurlar və qələbələr əldə edəcəyik və siz tezliklə onları görəcəksiniz..."
 
Vladimir Putin hakimiyyətinə yeni zərbə olacaq işğal edilən Xerson uğrunda döyüş, görünür, daha da yaxınlaşmaqdadır.
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Məlumatlara görə, Ukrayna hərbçiləri Rusiya qoşunları ətrafında həlqəni daraldır. Son həftələr Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin bir neçə rayonundan irəliləyərək, Dneprin qərb sahili boyunca kəndləri və kənd tədərrüfatı sahələrini azad edib.
 
Ukrayna hərbçiləri oktyabrın 20-də bəyan edib ki, Xerson vilayətində 43 rusiyalı hərbi qulluqçu qətlə yetirilib, 6 tank və digər texnika məhv edilib. 
 
Xerson vilayətinin Rusiya tərəfindən təyin edilən rəhbərləri bu ərəfədə mülki şəxslərin kütləvi şəkildə təxliyəsinə başlayıb.
 
"Qərb tərəfindən təhrik edilən Ukrayna nasistləri tezliklə Xersona hücuma başlayacaq, - bunu "Telegram-kanal"ında administrasiyanın Rusiya tərəfindən dəstəklənən rəhbərinin müavini Kiril Stremousov videomüraciətində deyib. - Biz təkidlə sağ sahil rayonunu tərk etməyi tövsiyə edirik".
 
İnsanların Dnepr çayından qayıqlarda qaçışı kadrları Rusiya televiziyası tərəfindən bu ərazinin döyüş əməliyyatlarına çevrilməsindən öncə mülki əhalinin təxliyəsinə cəhd kimi təqdim edilib.
 
Bu arada isə Rusiya prezidenti Vladimir Putin, beynəlxalq hüquqa zidd olaraq ilhaq edilən Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərində hərbi vəziyyətin tətbiq edilməsi barədə fərman imzalayıb.
 
Məlumat verilib ki, hələ bir neçə həftə öncə hərbi rəhbərlik Rusiya qoşunlarının Dneprin arxasına çəkilməsinə təkid edib, lakin operativ qərarları şəxsən qəbul edən Putin bunu etməyi qadağan edib.
 
Təəccüblü deyil: Ukraynanın cənub şəhərinin ələ keçirilməsi Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaziləsinin ilk günləri Kremlin həlledici strateji və təbliğati qələbəsi olub. 
 
Müharibənin artıq yeddinci günü Xerson meri elan edib ki, rusiyalı əsgərlər onun ofisinə daxil olub və şəhər təslim edilib. Coğrafi olaraq bu, həyati əhəmiyyətə malik olub: Xerson Ukraynanın mərkəzi arteriyası olan Dnepr çayının mənsəbində və Krıma suyun verildiyi kanalın yaxınlığında yerləşir.
Ukrayna hökuməti bu kanalı 2014-cü ildən, yarımada qanunsuz ilhaq ediləndən sonra bağlayıb.
 
Bu, Rusiya tərəfindən fevral ayından ələ keçirilən ilk böyük şəhər və yeganə regional paytaxtdır (Krımdan başqa, Rusiya tərəfindən dəstəklənən qüvvələr 2014-cü ildən Donetsk və Luqansk şəhərlərinə nəzarət edir). Bu, Mariupoldan sonra Rusiya tərəfindən zəbt edilən böyüklüyünə görə ikinci yaşayış məntəqəsidir. 
 
Sentyabrın sonunda elan edilən ilhaqdan sonra Kreml Xerson vilayətini Rusiyanın bir hissəsi hesab edir. Moskva tərəfindən təyin edilən oyuncaq administrasiya vəd edib ki, Xersonu tərk etməyi planlaşdırmır və hərbçilər "bütün məsələləri həll etdikdən sonra" həyat normal məcraya dönəcək.
 
Amma hər halda Rusiya tərəfindən təyin edilən region liderlərindən Ukrayna hərbi qruplaşmasının yeni komandanınadək hamı Ukraynanın regionda hücumuna müqavimət göstərmək qabiliyyəti ilə bağlı həyəcan təbili çalır. 
 
Rusiyanın öz qoşunlarının ehtiyatlarının doldurulması Ukraynanın Rusiya tərəfindən nəzarət edilən Dnepr üzərində körpülərə tez-tez artilleriya və raket zərbələri endirməsi səbəbindən çox çətinləşib.
 
Bu ayın əvvəlindən Rusiyanı Krımla birləşdirən  Kerç körpüsünü ciddi zədələyən partlayış Rusiyanın logistikasını daha da çətinləşdirib.
 
Dövlət televiziyasında Ukraynada əməliyyatın yeni komandanı kimi ilk çıxışında general Surovikin bu həftə bəyan edib ki, Xersonda vəziyyət "son dərəcə mürəkkəbdir".
 
"Bizim Xerson şəhəri ilə bağlı bundan sonrakı hərəkətlərimiz yerlərdə hərbi-taktiki vəziyyətdən asılı olacaq, - o, deyib. - İstənilən halda biz dinc əhalinin və bizim hərbi qulluqçuların həyatının maksimal olaraq qorunub saxlanılmasından çıxış edəcəyik. Ağılla, eyni zamanda vaxtında hərəkət edəcəyik, asan olmayan qərarların qəbul edilməsi də istisna edilmir".
 
Onun sözlərini müxtəlif cür interpretasiya etmək olar, hərçənd, əsasən, Rusiyanın geri çəkilməyə məcbur olması anlamına gəlir.
 
"Bu, ehtimal ki, onu göstərir ki, Rusiya hakimiyyəti öz qüvvələrinin böyük hissəsinin Dneprdən qərbə doğru rayondan çıxarılması imkanını dəyərləndirir", - bu barədə Böyük Britaniya müdafiə nazirliyinin son məruzəsində deyilib.
 
Lakin qeyd edilir ki, "Rusiya qoşunlarının, ərazinin rəmzi və strateji əhəmiyyətini nəzərə alaraq, onu döyüşsüz təslim edəcəyini demək olmaz. Bu zaman Xersonu geri qaytarmaq, xüsusilə Ukrayna hərbçilərinin şəhərin mərkəzinə hücum etmək istəməyəcəyi  tədqirdə asan olmaya bilər. Hərçənd, Surovikin telemüsahibəsində deyib ki, ukraynalı hərbçilər Xersonu atəşə tutmağa və hətta Yeni Kaxovkada su elektrik stansiyasının bəndinə zərbə vurmağa hazırlaşır.
 
Xerson vilayəti hərbi administrasiyasının rəhbəri, ukraynalı məmur insanlara təxliyə ilə bağlı tələbi icra etməməyə çağırış edib.
 
"Xerson sakinləri, mən sizi işğalçıların dediklərini və ya tələb etdiklərini görməzdən gəlməyə çağırıram. Onlar sizi girov götürməyi və sizdən canlı qalxan kimi istifadə etmək istəyirlər. Şər imperiyasına sizdən, valideynlərinizdən, övladlarınızdan istifadə etməyə imkan verməyin. Ukrayna ordusu Ukrayna şəhərləri və kəndlərini məhv etmir", - bunu o, özünün "Telegram-kanal"ında yazıb.
 
Ukrayna hərbi rəhbərliyi əvvəlkitək Xerson hücumu ilə bağlı nikbin əhval-ruhiyyədədir.
 
"Biz ilin sonuna xeyli uğurlar əldə edəcəyik, - bu həftə Ukrayna müdafiə nazirliyi kəşfiyyat İdarəsinin rəisi general-mayor Kiril Budanov bəyan edib. - Bu, əhəmiyyətli qələbələr olacaq. Siz tezliklə onları görəcəksiniz".(Moderator.az)
 


Xəbəri paylaş

1120 dəfə oxunub.

Digər xəbərlər