Saytımızı qiymətləndirin


 
 

"Deyəsən, Patruşevin rəhbərliyi altında "FSB" Putinin qayığını yavaş-yavaş..."
Tarix: 21-10-2022 | Saat: 10:34
Bölmə:Karusel / Region | çapa göndər

"Bir il yarım bundan əvvəl Kremlin rəhbərini informasiya məkanında, necə lazımdı, "işıqlandıran" "FSB" agentlərinin bütöv bir dəstəsini üzə çıxarmışam". 
Qarabaginfo.az xəbər verir ki, bunu  hazırda ABŞ-da yaşayan, keçmiş sovet kəşfiyyatçısı, Rusiya prezidenti Vladimir Putinin "KQB" İnstitutunda tələbə yoldaşı olmuş Yuri Şvets “GORDON” nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində söyləyib.
 
"Bu, "FSB"-nin təxminən bir il yarım-iki ildir, izlədiyim xəttidir. Onlara heç vaxt buna görə heç bir şey edilməyib. Yəni, onlar uzun müddətdir orada oturublar və  artıq 20 il Rusiya "qanunları"na uyğunhər şeyi danışıblar.  Özü də onlar cinayətin bütün tərkibini ortalığa qoyublar və artıq  əlavə nəyisə düşünməyə və araşdırmağa ehtiyac yoxdur. Sadəcə, oturub, onların dediklərini qeyd edib məhkəməyə müraciət etmək lazımdır", -deyib Şvets.
 
"Düşünürəm ki, "FSB" sakitcə Rusiya Təhlükəsizlik Şurasının Patruşevin rəhbərliyi altında hardasa Putinin qayığını yelləməyə başlayıblar. Və baş verən bu biabırçılıq - bütün bunlar hansı yollarlasa onu hədəf və onu elə vəziyyətə gətirmək məqsədi güdür ki, sonda artıq desinlər: “Vəssalam, Vova, bundan belə yol yoxdur.  Yaşamağına zəmanət veririk, səni təhvil verməyəcəyik, amma sən get...”-  deyə keçmiş(?) "keqebeşnik" vurğulayıb.
 


Xəbəri paylaş

1143 dəfə oxunub.

Digər xəbərlər