Saytımızı qiymətləndirin


 
 

Armen Qriqoryan Aİ-nin texniki qrupunun nümayəndələri ilə görüşüb
Tarix: 14-10-2022 | Saat: 19:11
Bölmə:Karusel / Manşet | çapa göndər

Armen Qriqoryan Aİ-nin texniki qrupunun nümayəndələri ilə görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda səfərdə olan Avropa İttifaqının (Aİ) texniki qiymətləndirmə missiyasının nümayəndələri ilə görüşüb.

Qarabaginfo.az "armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

"Təhlükəsizlik Şurasının katibi Aİ-nin texniki qiymətləndirmə missiyası üzvlərinin Ermənistana səfərini alqışlayıb və İrəvanın bütün məsələlərdə missiyaya dəstək verməyə hazır olduğunu təsdiqləyib. Tərəflər missiyanın funksiyalarının əhatə dairəsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Avropa İttifaqından (Aİ) texniki qrup Ermənistan-Azərbaycan sərhədinə missiyanın yerləşdirilməsi məsələsini müzakirə etmək üçün İrəvanda səfərdədir.



Xəbəri paylaş

1178 dəfə oxunub.

Digər xəbərlər