Saytımızı qiymətləndirin


 
 

İqbal Ağazadə Prezident Administrasiyasına ÇAĞIRILDI
Tarix: 13-10-2022 | Saat: 17:30
Bölmə:Karusel | çapa göndər

İqbal Ağazadə Prezident Administrasiyasına ÇAĞIRILDI

Oktyabrın 13-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə ilə görüşüb.

 

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən Qarabaginfo.az-a bildirilib ki, görüş zamanı ölkədə aparılan iqtidar-müxalifət dialoqu, siyasi islahatlar, həmçinin siyasi plüralizm barədə söz açan şöbə müdiri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi dialoq mədəniyyətinin inkişafının uğurla davam etdirildiyini, aparılan çoxşaxəli islahatların müvəffəqiyyətlə həyata keçirildiyini, bir çox məsələlərlə bağlı qanunvericilik və institusional tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Ölkədə aparılan iqtidar-müxalifət dialoquna töhfə vermək məqsədilə müxtəlif siyasi partiyaların fəaliyyəti üçün geniş şərait yaradılmasından bəhs edən Administrasiya rəsmisi ölkədə sabit siyasi mühitin dəstəklənməsi və siyasi partiyaların bölgələrdə də normal fəaliyyətinin təmin olunması üçün şöbə tərəfindən mütəmadi qaydada iş aparıldığını vurğulayıb.

 

Görüş zamanı şöbə müdiri son dövrdə 11 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınmasını, partiyaların qərargahlarla təmin edilməsini, fəaliyyətlərinin legitimləşdirilməsini, ölkədə fəaliyyət göstərən media resurslarına çıxış imkanlarının genişləndirilməsini, milli və siyasi həmrəyliyin təmin olunmasını qeyd edib və bunu iqtidar-müxalifət dialoqunun real nəticələri kimi dəyərləndirib.

 

İqtidar-müxalifət dialoqu çərçivəsində görüşə dəvət edildiyi üçün təşəkkürünü bildirən Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə yeni siyasi konfiqurasiyanın inkişafı istiqamətində görülən işlərlə bağlı öz fikirlərini bölüşüb. Ölkədə aparılan siyasi islahatlar, siyasi partiyaların fəaliyyəti barədə söz açan partiya sədri bu gün ölkədə yaradılmış yeni siyasi münasibətlər sisteminin gələcəkdə dayanıqlı siyasi sistemin formalaşmasına şərait yaradacağını qeyd edib.

 

Sonda tərəflər ölkəmizdə iqtidar-müxalifət dialoqunun inkişaf perspektivləri, Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar, Qarabağda bərpa-quruculuq işləri və başqa məsələlər haqqında müzakirələr aparıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son günlər Çexiya, Rusiya, Qırğızıstan və Qazaxıstana işgüzar səfərləri yüksək qiymətləndirilib və bunun Azərbaycanın dünya siyasətində artan nüfuzunun göstəricisi olduğu vurğulanıb.



Xəbəri paylaş

102 dəfə oxunub.

Digər xəbərlər
30-12-2020, 10:31 Neft bahalaşdı