Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub, bir nəfər vəfat edib
Tarix: 30-06-2020 | Saat: 15:42
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub, bir nəfər vəfat edib

“Dünyada jurnalistlər arasında COVID-19-a yoluxma və ölüm sayı 2 dəfə artıb”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib.

Onun sözlərinə görə, mayın 16-da 4 ay müddətində (fevral-may) jurnalistlər arasında COVID-19-a yoluxan və ölüm halları barədə açıqlama yayaraq məlumat vermişdilər: "O zaman dünyada pandemiya səbəbilə həyatını itirən jurnalistlərin sayı 67 nəfər idi. Virusa yoluxub ağır durum keçirən jurnalistlərin sayı isə 300-ə yaxın idi. Qısa zaman kəsiyində - 1 ay ərzində durum kəskin dəyişib. Son bir ayın neqativ göstəriciləri əvvəlki 4 ayın nəticələrindən 2 dəfə çoxdur. Beynəlxalq təşkilatların hesabatlarına görə, iyun ayının sonlarına doğru dünyada COVID-19-a yoluxub həyatını itirənlər jurnalistlərin sayı 137 nəfərə çatıb. Ümumi yoluxanların sayı isə 1200 nəfərə yaxındır”. 

M.Ələsgərli deyib ki, ölüm halları daha çox 31 ölkə üzrə qeydə alınıb: "Yüksək rəqəmlər Latın Amerikası ölkələrində olub - 62 nəfər, Avropada 23 nəfər, Asiyada 17 nəfər, Şimali Amerika 13, Afrika 12 nəfər jurnalist həyatını itirib. Siyahıda qabarıq görünən ölkələr bunlardır: Peru (15 nəfər), Braziliya (13 nəfər), Meksika (13 nəfər), Ekvador (12 nəfər), ABŞ (12 nəfər), Rusiya (8 nəfər), Pakistan (8 nəfər), Böyük Britaniya (5 nəfər), Banqladeş (4 nəfər), Boliviya (3 nəfər), Kamerun (3 nəfər), Fransa (3 nəfər), İtaliya (3 nəfər), İspaniya (3 nəfər), Hindistandır (3 nəfər) və s.”

Müşfiq Ələsgərli qeyd edib ki, ötən ayın siyahısında dəyişən bir məqam da var, hesabatlarda artıq Azərbycanın da adı görünür: "İlk 4 ay müddətində ölkəmizdə jurnalistlər sırasında COVİD-19-a yoluxan bir nəfər belə yox idisə, bu gün durum pisləşib. İyunun sonuna olan bilgiyə görə, Azərbaycanda 18 jurnalist COVİD-19-a yoluxub, bir nəfər isə həyatını itirib”. APA

 



Xəbəri paylaş

409 dəfə oxunub.

Digər xəbərlər