Saytımızı qiymətləndirin


 
 

Bu xəstəxananın elektron sistemində problem yarandı - Rəsmi açıqlama
Tarix: 14-09-2024 | Saat: 12:35
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

 

bu-xestexananin-elektron-sisteminde-problem-yarandi

 

Bu gün səhər saatlarından Nərimanov Tibb Mərkəzində elektron qeydiyyat sistemində problem yaranıb. 

Bununla bağlı “Qafqazinfo”ya vətəndaşlar müraciət ediblər.

Onlar bildiriblər ki, sistem çökdüyünə görə tibb müəssisəsində pasiyent qəbulu da dayanıb: “Bu gün səhərdən Nərimanov Tibb Mərkəzində elektron qeydiyyat sistemi çöküb. Buna görə də qəbulu dayandırıblar, camaat qapının ağzında qalıb. Saatlardır sistemin nə vaxt açılacağını gözləyirik”.

Problemlə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən sorğumuza cavab olaraq qeyd edilib ki, problem artıq aradan qaldırılıb: “Bu gün səhər saatlarında  internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb. Problem qısa müddətdə aradan qaldırılıb və sistem tam olaraq fəaliyyətini bərpa edib”.

 



Xəbəri paylaş

253 dəfə oxunub.

Digər xəbərlər