Saytımızı qiymətləndirin


 
 

Bəxtiyar Hacıyev yenidən hakim qarşısına çıxarılır
Tarix: 29-12-2023 | Saat: 16:07
Bölmə:Karusel / Kriminal | çapa göndər

Bəxtiyar Hacıyev yenidən hakim qarşısına çıxarılır

 

Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Çıxış edən dövlət ittihamçısı Eldar Həmzə prosesin məhkəmə baxışına verilməsini təklif edib.

 

Qısa müşavirədən sonra məhkəmə heyəti prosesin ilk baxış iclasını yanvarın 7-nə təyin edib.

 

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 320.1 və 320.2-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər