"İnşallah tezliklə dəmiryolçuların sorağı Zəngəzur dəhlizindən də gələcək..."
Tarix: 13-10-2022 | Saat: 09:52
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1244 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-10-2022 | Saat: 09:52
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Bu gün dəmiryolçular peşə bayramını qeyd edir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov peşə bayramları münasibətilə dəmiryolçuları təbrik edib.
Moderator.az-a daxil olan təbrik məktubunda deyilir:
Əziz dəmiryolçular! Azərbaycan tarixinin ən parlaq və qürurlu dönəmini yaşayır və bir millət, dövlət, vətəndaş olaraq bizə bu qüruru yaşadan Ali Baş Komandanımız İlham Əliyevə sonsuz minnətdarlıq, Müqəddəs Şəhidlərimizə rəhmət, qəhrəman Qazilərimzə şəfa diləkləri ilə peşə bayramını qeyd edirsiniz. Prezident İlham Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, coğrafiyamızın ən vazkeçilməz nəqliyyat qovşağına, Avropanın enerji təchizatının əsas oyunçularından birinə çevrilib. Azərbaycan dəmiryolçularına da dünyadakı bu gərgin rəqabət mühitində şərəfli missiya düşür və onlar da ölkəmizin iqtisadi inkişafında nəzərəçarpacaq pay sahibinə çevrilməkdədirlər.
İşğaldan azad olunan torpaqlarımızda da aparılan geniş quruculuq işləri hamımızı sevindirir və dəmiryol şəbəkəsinin həmin yurd yerlərimizdə bərpası da dəmiryolçuların bu quruculuğa töhfəsi kimi qəbul edilir. İnşallah tezliklə dövlət başıçımızın heyrətamiz diplomatik bacarığı sayəsində dəmiryolçuların sorağı Zəngəzur dəhlizindən də gələcək və beləcə Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən unikal nəqliyyat qovşağna çevriləcək. Bu məsuliyyətli və şərəfli işdə dəmiryolçuların hər birinə möhkəm can sağlığı və ardıcıl nailiyyətlər arzu edirəm. Yaşasın qüdrətli Azərbaycan! Yaşasın Ali Baş Komandan!"
Xəbəri paylaş
Digər xəbərlər
26-10-2023, 15:41
Ərəb nazir Prezidentin qəbulunda
26-01-2025, 19:43
“Güclü partlayış səsi gəldi. Təyyarə sol tərəfdən zədələndi” –Yaralı qırğız Rinat danışdı -FOTO
2-10-2026, 13:03
Almaniyanın aparıcı siyasi fondu Tbilisi ofisini bağlayıb
9-06-2022, 14:59
"Erməni icması Türkiyənin ayrılmaz hissəsidir" - Çavuşoğlu
30-12-2024, 18:38
Təyyarə qəzasında xəsarət alanlardan 9-u evə buraxılıb
18-12-2021, 16:31
Prezident İlham Əliyev: "Biz heç bir halda Rusiyanın rəqibi deyilik"
21-08-2025, 17:35
Azərbaycan Prezidenti Kəlbəcər şəhər sakinləri ilə görüşdə vaxtilə Ermənistana pulsuz silah verilməsinin məqsədini açıqlayıb
22-04-2022, 00:26
Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır
22-08-2024, 12:30
Azərbaycanda ödəniş kartlarının sayı 18.3 mln. ədədi ötüb














