Tarix: 21-08-2023 | Saat: 15:41
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Hesabat dövrünün əvvəli ilə müqayisədə birbaşa xarici borc azalıb, birbaşa daxili borc isə artaraq ümumilikdə birbaşa dövlət borcunun həcminin artmasına şərait yaradıb.
Qarabaqinfo.az xəbər verir ki, bu, Hesablama Palatasının “Dövlət büdcəsinin icrası barədə yarımillik məlumata xülasəsi”ndə yer alıb.
Qeyd edilib ki, hesabat dövrünün sonuna ümumi dövlət borcu 16151,0 mln. manat olmaqla ÜDM-in 14,5%-nə bərabər olub, birbaşa dövlət borcunun artımı birbaşa daxili borcun artımı hesabına təmin edilib. Birbaşa xarici dövlət borcuna xidmət xərclərinin bir hissəsi dövlət istiqrazlarından əldə edilmiş vəsait hesabına maliyyələşdirilib.
Bildirilib ki, dövlət büdcəsində 2023-cü il üçün yuxarı hədd (limit) daxili dövlət borclanması üzrə 1800,0 mln. manat, xarici dövlət borclanması üzrə 750,0 mln. manat, il ərzində veriləcək dövlət zəmanətləri üzrə isə 1000,0 mln. manat müəyyən edilmişdir. 01 iyul 2023-cü il tarixinə ümumi dövlət borcu 16151,0 mln. manat və ya ÜDM-in 14,5%-ni, o cümlədən xarici dövlət borcu 6576,9 mln. ABŞ dolları, daxili dövlət borcu isə 4970,3 mln. manat təşkil etmişdir. Baxılan dövrdə nominal ifadədə birbaşa xarici dövlət borcu azalmış, birbaşa daxili dövlət borcu isə artmış, ilin əvvəli ilə müqayisədə 01 iyul 2023-cü il tarixinə birbaşa dövlət borcu nominal ifadədə 584,4 mln. manat və ÜDM-ə nisbətdə 2,9 faiz bəndi artıb.
Digər xəbərlər