Saytımızı qiymətləndirin


 
 

"Putin rasional oyunçudur, lakin Ukraynaya soxulmaqla böyük yanlışlığa yol verib" - BAYDEN
Tarix: 12-10-2022 | Saat: 15:01
Bölmə:Karusel / Dünya | çapa göndər

"Putin çox qəddar hərəkət edib və hərbi cinayətlər törədib, mən hazırda onunla görüşü mənasız hesab edirəm..."
"Əgər Rusiya prezidenti Amerikanın Rusiyada həbsxanada olan basketbol ulduzu Brittni Qraynerin taleyini müzakirə etmək istəyərsə, mən bu söhbətə hazıram..."
 
"Putin Rusiyanın bütün rusdilliləri birləşdirən lideri olmaq istəyir, mən bunu irrasional hesab edirəm..."
 
"Pentaqon Rusiya tərəfindən nüvə silahı tətbiq ediləcəyi halda müxtəlif hərəkət variantları işləyib hazırlayıb..."
 
ABŞ prezidenti Co Bayden bəyan edib ki, Rusiya prezidenti Vladimir Putini "rasional oyunçu" hesab edir, bununla yanaşı, o, Ukraynaya hərbi müdaxilədən öncə öz imkanlarını çox yüksək dəyərləndirib. "Düşünürəm ki, o, rasional oyunçudur, amma böyük yanlışlığa yol verib".
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ prezidenti CNN nəşrinə müsahibəsində bəyan edib.
 
Putinin Ukraynadakı məqsədlərini ABŞ prezidenti gülünc adlandırıb.
 
"Siz onun dediklərini dinləyin, - Bayden heyrətini gizlətməyib. - Əgər onun bu qərarı qəbul edəndən sonra onun nitqini dinləsəniz, o, Rusiyanın bütün rusdilliləri birləşdirən lideri olmalıdır. Mən bunu, sadəcə, irrasional hesab edirəm".
 
Baydenin fikrincə, Putin yanlış olaraq güman edib ki, ukraynalılar rusiyalı hərbçilərə döyüşsüz təsllm olacaq. Bu, yanlışlıq olub və ukraynalıların özləri Rusiyanın təcavüzünə şiddətli müqaviməti ilə təkzib edib.
 
"Düşünürəm ki, o, düşünüb ki, ona geniş qucaq açacaqlar, bu, Kiyevdə ana Rusiyanın evidir və onu orada qəbul edəcəklər, - Amerika lideri deyib. - Düşünürəm ki, o, sadəcə, tamamilə yanılıb".
 
Ötən həftə "nüvə armageddon" riskinin son 60 ildə ən yüksək səviyyəyə çatdığını bəyan edən Bayden deyib ki, Rusiyanın nüvə silahının tətbiqi barədə təhdidləri fəlakətli nəticələrə gətirib çıxara bilər, hərçənd, Putinin taktiki nüvə silahını tətbiq edəcəyi halda ABŞ-ın cavab tədbirlərinin nədən ibarət olacağını izah etməyib.
 
Görünür, o, Putinin buna gedəcəyinə inanmır və belə bəyanatları məsuliyyətsiz adlandırıb.
 
Bu zaman Bayden məlumat verib ki, Pentaqon əvvəlcədən belə ssenari üçün müxtəlif hərəkət variantları işləyib hazırlayıb.
 
CNN jurnalisti Ceyk Tepper əl çəkməyərək soruşub: "Birləşmiş Ştatlar və NATO üçün qırmızı xətt hansıdır? - soruşub. - Putinin taktiki nüvə silahından mümkün istifadə edəcəyi halda və ya o, Zaporojye AES və ya bunabəzər obyektləri bombalayacağı təqdirdə cavab necə olacaq?"
 
"Bu, müzakirə edilib, amma mən detallara varmayacağam, - Bayden izah edib. - Mənim tərəfimdən nəyi edəcəyimizi və ya nəyi etməyəcəyimizi söyləmək məsuliyətsizlik olardı".
 
"Siz Pentaqondan bu ssenarini işləyib hazırlamağı xahiş etmisiniz?" - Tepper soruşub.
 
"Pentaqondan xahiş etmək lazım deyil", - Bayden qısa cavab verib.
 
Noyabr ayında İndoneziyada "Böyük iyirmilik" sammitində Vladimir Putinlə mümkün görüş barədə suala cavabında Bayden deyib ki, görüş üçün əsaslı səbəbləri görmür.
 
"Bu, ondan asılı olacaq ki, o, konkret olaraq nədən danışmaq istəyir", - Ağ ev rəhbəri uzah edib və əlavə edib ki, əgər Rusiya prezidenti Rusiya həbsxanasında olan Amerikanın basketbol ulduzu Brittni Qraynerin taleyini müzakirə etmək istəyərsə, o, belə söhbətə hazır olacaq.
 
"Amma o, çox qəddar hərəkət edib, - Bayden vurğulayıb. - Düşünürəm ki, o, hərbi cinayətlər törədib. Və buna görə də mən onunla indi görüşməyin mənasını görmürəm".(moderator.az)


Xəbəri paylaş

1117 dəfə oxunub.

Digər xəbərlər