Oktyabrın 12-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan NATO-nun Gürcüstandakı Əlaqələr Bürosunun rəhbəri Aleksandr Vinnikovla görüşüb.
Qarabaginfo.az “Armenpress”ə istinadla xəbər verir ki, görüşdə Armen Qriqoryan sentyabrın 13-də sərhəddə baş verən hadisələri təqdim edib.
Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, problemin həlli rəsmi İrəvan tərəfindən qeyd olunan çərçivədə beynəlxalq tərəfdaşlar ilə həll edilməlidir.
Həmsöhbətlər Ermənistan-NATO tərəfdaşlığının cari proqramlarını müzakirə edib, həmçinin, silahlı qüvvələrin demokratik islahatları sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını vurğulayıblar.