Ana Sayfa > Karusel > Qriqoryan NATO təmsilçisi ilə görüşdü

Qriqoryan NATO təmsilçisi ilə görüşdü


12-10-2022, 14:02. Yazar: Admin

Qriqoryan NATO təmsilçisi ilə görüşdü

 


Oktyabrın 12-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan NATO-nun Gürcüstandakı Əlaqələr Bürosunun rəhbəri Aleksandr Vinnikovla görüşüb.

Qarabaginfo.az “Armenpress”ə istinadla xəbər verir ki, görüşdə Armen Qriqoryan sentyabrın 13-də sərhəddə baş verən hadisələri təqdim edib.

Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, problemin həlli rəsmi İrəvan tərəfindən qeyd olunan çərçivədə beynəlxalq tərəfdaşlar ilə həll edilməlidir.

Həmsöhbətlər Ermənistan-NATO tərəfdaşlığının cari proqramlarını müzakirə edib, həmçinin, silahlı qüvvələrin demokratik islahatları sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını vurğulayıblar. 


Geri dön