Saytımızı qiymətləndirin


 
 

ABŞ-Səudiyyə münasibətlərində gərginlik artır
Tarix: 11-10-2022 | Saat: 23:34
Bölmə:Karusel / Manşet | çapa göndər

ABŞ-Səudiyyə münasibətlərində gərginlik artır 

ABŞ-ın Səudiyyə Ərəbistanı ilə silah ticarətini dayandırmaq üçün qanun Senata yeni qanun layihəsi təqdim edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə senator Riçard Blumental bildirib.

Qanun layihəsi OPEC+ təşkilatının noyabr ayından neft hasilatını sutkada 2 milyon barel azaltmaq qərarından sonra hazırlanıb.

"Bu sadə, lakin təxirəsalınmaz addım, tarixi bir anda Rusiyanın tərəfinə keçmək kimi alçaldıcı və dağıdıcı səhvindən sonra ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışını dayandıracaq", - Blumental qeyd edib.

Blumental əlavə edib ki, Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaq qərarından dönməlidir. Onun sözlərinə görə, ABŞ Rusiya ilə əməkdaşlıq edən ölkəyə silah sata bilməz.

Sentyabrın 5-də OPEC+ noyabr ayından neft hasilatını sutkada 2 milyon barel azaltmağa qərar verib. ABŞ prezidenti Co Bayden qərarı tənqid edib. Bayden qısa müddətdə strateji neft ehtiyatından əlavə 10 milyon barelin noyabr ayında bazara çıxarılmasına qərar verib.

Ağ Ev həmçinin ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmağa hazırlaşdığını bildirib.



Xəbəri paylaş

1140 dəfə oxunub.

Digər xəbərlər