Saytımızı qiymətləndirin


 
 

Sadır Japarov: Azərbaycanın biznes dairələrini salamlayırıq və tərəfdaşlığa açığıq
Tarix: 11-10-2022 | Saat: 19:20
Bölmə:Karusel / Manşet | çapa göndər

Sadır Japarov: Azərbaycanın biznes dairələrini salamlayırıq və tərəfdaşlığa açığıq

Sevindirici haldır ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasının vacibliyi anlayışı var. Onun indiki səviyyəsi hələlik potensialdan uzaqdır.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.

“Azərbaycan Respublikasının biznes dairələrini bazarımızda salamlayırıq və bundan sonrakı tərəfdaşlığa açığıq. Biz investorların qorunmasına zəmanət veririk və ən əlverişli şəraiti təqdim etməyə hazırıq”, - Qırğızıstan Prezidenti vurğulayıb.

Xalqlarımızın ortaq tarixə, köklərə, mədəniyyətə, ənənələrə və milli xüsusiyyətlərə malik olduğunu bildirən Prezident Sadır Japarov qeyd edib ki, əcdadlarımız çox qədim zamanlardan bizə dostluq və əməkdaşlıq vəsiyyət ediblər.



Xəbəri paylaş

1127 dəfə oxunub.

Digər xəbərlər