Saytımızı qiymətləndirin


 
 

Müdafiə Nazirliyindən Qarabağ ermənilərinə XƏBƏRDARLIQ
Tarix: 10-10-2022 | Saat: 12:18
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Müdafiə Nazirliyindən Qarabağ ermənilərinə XƏBƏRDARLIQ

“Azərbaycan Ordusu ermənilərin keçilməz saydıqları “Ohanyan səddi”ni aşaraq torpaqlarımızı işğaldan azad etdi”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov bildirib.

 

O qeyd edib ki, Azərbaycan torpaqlarını işğaldan azad etməklə Ermənistanın hərbi cinayətlərinə cavab verib: “Bu zaman heç bir beynəlxalq konvensiyanın tələbləri pozulmayıb. 30 il işğal altında şəhərlərimiz, kəndlərimiz, ütün infrastruktur dağıdılıb”.

 

Elşad Əbilov qeyd edib ki, 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanın təxribatlarına da layiqli cavab verilib, Azərbaycan Ordusu yenə öz gücünü göstərib.

 

Polkovnik, həmçinin vurğulayıb ki, Azərbaycan Ordusu Ermənistanın, hər hansı dövlətin suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı hər hansı addımına qətiyyətlə cavab verməyə hər an hazırdır:

 

“Ərazilərimizdə yaşayan ermənilər də əgər Azərbaycan dövlətinin vətəndaşlığını qəbul edib, yaşamaq istəyirlərsə, bundan sonra hər hansı təxribat törətməsinlər, bizi əsəbiləşdirməsinlər. Əgər belə hal olacaqsa, Azərbaycan Ordusunun qətiyyətli reaksiyasını görəcəklər”.



Xəbəri paylaş

1687 dəfə oxunub.

Digər xəbərlər