"Putin cəbhədə bütün uğursuzluqlara və qismən səfərbərliyə görə əsas "suç keçisi"ni təyin edib" - ISW
Tarix: 07-10-2022 | Saat: 10:30
Bölmə:Karusel / Region | çapa göndər
1181 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-10-2022 | Saat: 10:30
Bölmə:Karusel / Region | çapa göndər
"Putin öz fərmanı ilə tələbələrin səfərbər edilməsini təxirə salıb və müdafiə nazirliyini birbaşa tənqid edib..."
"Putin cəbhədə vəziyyət barədə dürüst məlumatları hərbi müxbirlərdən alır..."
"Dövlət Dumasında müdafiə nazirliyinin ünvanına neqativ bəyanatlar səsləndirilir..."
Kreml Ukrayna cəbhəsində bütün uğursuzluqlara və Rusiya cəmiyyətində narazılıq yaradan qismən səfərbərliyə görə Rusiyanın müdafiə naziri Sergey Şoyqunu "suç keçisi" təyin edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Amerikanın müharibəni öyrənən İnstitutunun (ISW) yeni hesabatında deyilir.
"Özünün 5 oktyabr fərmanı ilə Putin bütün tələbələrin, o cümlədən qiyabiçilər və magistraturada təhsil alanların səfərbər edilməsini təxirə salıb.
Öz fərmanını Putin onunla izah edib ki, "müdafiə nazirliyi səfərbərliyə düşməyələrin siyahıları üzrə normativ-hüquqi bazaya vaxtında dəyişikliklər etməyib, ona görə də korrektələr etmək zəruridir".
Müdafiə nazirliyinin belə birbaşa tənqidi dolayısıyla Şouqunun tənqid edilməsidir, görünür, Putin Ukraynaya hərbi müdaxiləsinin uğursuzluqlarının günahını onun öz üzərinə götürməsinə hazırlıq görür", - amerikalı analitiklər yazır.
Maraqlıdır ki, müdafiə nazirliyinin ünvanına neqativ bəyanatlar artıq Dövlət Dumasında da səsləndirilir.
Söhbət müdafiə üzrə komitənin rəhbəri general-polkovnik Andrey Kartapolovdan gedir, o, hərbi idarənin Ukraynadakı vəziyyət barədə yalan damışmamağı tələb edib. Kartapolovun bəyanatı da həmçinin "Şoyquya zərbədir", ISW qeyd edir.
Analitiklər güman edib ki, Putin böyük ehtimalla Şoyqunu imkan daxilində vəzifəsindən azad etməkdən çəkinəcək, çünki bu zaman "davam edən hərbi uğursuzluqlarda Şoyqunu günahlandırmaq ona sərfəli olacaq".
"Həmçinin Rusiya mətbuatında vurğulanır ki, Putin "müntəzəm olaraq hərbi müxbirləri qəbul edir, onların hesabatlarını diqqətlə oxuyur, düzgün suallar verir və obyektiv cavablar alır".
Beləliklə, federal KİV-lər bu cür "dürüst ünsiyyəti" müdafiə nazirliyinin Putinlə qarşılıqlı əlaqədə olaraq dürüst olmayan üsulu ilə qarşı-qarşıya qoyur", - ISW bəyan edib.(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
17-10-2021, 22:29
İran Silahlı Qüvvələri Baş Qərargah Rəisi Moskvaya səfər edib
30-12-2023, 14:18
Zakir Həsənov hospitalı ziyarət etdi - VİDEO
5-04-2022, 17:06
Ərdoğan Yaponiyanın Baş naziri ilə telefonla danışıb
4-03-2024, 15:24
AEBA-nın baş direktoru Rusiyaya səfər edəcək
28-01-2021, 20:24
Füzulinin Zərgər kəndindən videogörüntülər
14-05-2021, 18:59
ÜST-dən pandemiyanın ikinci ili ilə bağlı təhlükəli xəbərdarlıq
28-03-2024, 14:52
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən narahatdır
17-06-2022, 14:21
"Qarabağ"ın "Lex"lə oyunlarının vaxtı dəqiqləşdi
30-04-2022, 15:15
90-a yaxın tələbə iftarda zəhərləndi
13-07-2025, 19:55
Görüşün heç yerdə olmayan kadrları - Video


















