Saytımızı qiymətləndirin


 
 

Paşinyan Sarkisyanı ittiham edib: “Kapitulasiya haqda sənədi qoyub, getmişdi”
Tarix: 05-10-2022 | Saat: 18:39
Bölmə:Karusel | çapa göndər

Paşinyan Sarkisyanı ittiham edib: “Kapitulasiya haqda sənədi qoyub, getmişdi”

Ermənistan Baş naziri Nikol Paşinyan öz sələfi Serj Sarkisyanın Qarabağ ətrafında danışıqlar prosesi ilə bağlı ona pis miras qoyduğunu bildirib.

Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o bu barədə “Hökumət saat”ında çıxışı zamanı deyib.

“Serj Sarkisyanın stolda qoyduğu danışıqlar sənədi bu göstərici və formullarla dəyərləndirilsə, kapitulasiya haqda sənəd idi. Serj Sarkisyan kapitulyasiya haqda sənədi qoyub getmişdi”.

Paşinyan, çoxlarının hazırkı hakimiyyəti Qarabağın Azərbaycanın ərazisi kimi tanımasına görə tənqid etməsinə cavab olaraq keçmiş hakimiyyəti nümunə gətirib.

“Bunu bir neçə dəfə desəm də, konkret demək istəyirəm. Hansısa hökumət Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırdımı? Bəli, bu Vardan Oskanyanın (Robert Koçaryan dövründə XİN başçısı) zamanı olub. Çünki o zaman Madrid prinsiplərini danışıqları üçün əsas qəbul edəndə Ermənistan artıq Qarabağı Azərbaycan ərazisi kimi tanımışdı”, - o deyib.

Paşinyan Vardan Oskanyan və sabiq Prezident Robert Koçaryanla yanaşı, sabiq XİN başçısı Edvard Nalbandyan və eks-prezident Serj Sarkisyanı da təqsirli bilib.

“Buna görə də onlar hazırkı hakimiyyətin üstünə hər hansı təqsiri qoymalı deyil. İndi isterik açıqlamalar vermək lazım deyil”, - o deyib.



Xəbəri paylaş

1176 dəfə oxunub.

Digər xəbərlər
22-10-2020, 16:22 Laçına SARI