Saytımızı qiymətləndirin


 
 

DİN: Vətəndaşlara qarşı hərəkətə görə iki polis vəzifədən azad edilib
Tarix: 05-10-2022 | Saat: 18:17
Bölmə:Karusel | çapa göndər

DİN: Vətəndaşlara qarşı hərəkətə görə iki polis vəzifədən azad edilib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə payataxtın mərkəzində dilənçilik edən şəxslərlə polis əməkdaşları arasında mübahisəni əks etdirən görüntülər barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin verdiyi məlumata görə, həmin şəxslərə dəfələrlə xəbərdarlıqlar, inzibati tənbeh tədbirləri görülməsinə baxmayaraq, onlar azyaşlı uşaqlarla birgə dilənçilik əməllərini davam etdiriblər: "Bu gün yenidən onların dilənçilik əməllərinin qarşısının alınması məqsədilə ərazidə xidmət aparan polis əməkdaşları ilə mübahisə ediblər. Bu zaman polis əməkdaşının vətəndaşa qarşı etdiyi hərəkət sözsüz ki, qəbuledilən deyil, yolverilməzdir. Odur ki, həmin şəxslərə qarşı kobudluq edən iki əməkdaş intizam məsuliyyətinə cəlb edilərək tutduqları vəzifədən azad ediliblər".

Qeyd olunub ki, hazırda onlar barəsində xidməti yoxlamalar başlayıb. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.



Xəbəri paylaş

1154 dəfə oxunub.

Digər xəbərlər