Saytımızı qiymətləndirin


 
 

“Qəhrəmanlığa görə futbolçularıma təşəkkür edirəm” - Şevçenko
Tarix: 30-06-2021 | Saat: 11:00
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər

“Qəhrəmanlığa görə futbolçularıma təşəkkür edirəm”

“Oyundan əvvəl yarımmüdafiə xəttini bir az möhkəmləndirməyə qərar verdik. Yarımmüdafiəçilər çox işləməli idi”. 

 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko Avro-2020-nin 1/8 finalında İsveçə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

 

O, komandanın oyunundan razı qaldığını ifadə edib: “Oyuna nəzarət etməyə çalışdıq, amma bu matçın hər anında alınmadı. Lakin, ümumilikdə tapşırıqları yerinə yetirdilər. Tələsmədik və topu yaxşı saxladıq, nəticədə ilk qolu vurduq. Rəqib yaxşı oynadı və maraqlı qarşılaşma alındı. Dramatik matç keçdi. Bizi dəstəkləməyə gələn hər kəsə minnətdaram. Mənim ailəm də, övladlarım da stadionda idi. Nəticə qazanmaq arzum idi. Futbolçularımın qəhərmanlığına görə onlara təşəkkür edirəm. Prezidentimizə minnətdaram ki, zəng edib dəstək oldu.  Ukraynanı sevindirdik”.v



Xəbəri paylaş

328 dəfə oxunub.

Digər xəbərlər