Saytımızı qiymətləndirin


 
 

Xəzərin səviyyəsi 35 sm düşüb
Tarix: 05-10-2022 | Saat: 16:52
Bölmə:Karusel | çapa göndər

Xəzərin səviyyəsi 35 sm düşüb

Qazaxıstan sahillərində müşahidə olunan proses Xəzər dənizinin səviyyə tərəddüdləri ilə bağlı deyil.

Bunu ETSN-in Milli Hidrometeorologiya Xidmətinin şöbə müdiri Əkbər Əsgərov bildirib.

O qeyd edib ki, Xəzərin şimal sahil xəttinin meylliliyinin çox az olması səbəbindən adətən güclü və davamlı küləklər nəticəsində dəniz suyunun sahilə doğru qovulması prosesləri baş verir: “Ötən günlərdə sürəti 23 m/san-yə çatan güclü külək nəticəsində Aktau və Atırau şəhərlərinin dəniz sahilləri subasmaya məruz qalıb. Hazırda küləyin sürətinin azalması və suyun geri çəkilməsi ilə əlaqədar həmin şəhərlərdə vəziyyət stabildir”.

Əkbər Əsgərovun sözlərinə görə, bu proses Xəzərdə səviyyə tərəddüdləri ilə deyil, Xəzərin şimalında formalaşan və müvəqqəti xarakter daşıyan sinoptik şəraitlə bağlıdır: “Hazırda mövsümə uyğun olaraq Xəzər dənizinin səviyyəsində enmə müşahidə olunur. Faktiki səviyyə Baltik sisteminə görə -28,65 sm-dir. Keçən ilin sentyabr ayı ilə müqayisədə bu ilin sentyabr ayında dənizin səviyyəsi 35 sm aşağıdır”.(Apa)



Xəbəri paylaş

1102 dəfə oxunub.

Digər xəbərlər