Putinin qəbiristanlıq direktoru olmuş "adamyeyən"i itkilərdən qorxuya düşdü...-FOTO
Tarix: 05-10-2022 | Saat: 16:27
Bölmə:Karusel | çapa göndər
1210 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-10-2022 | Saat: 16:27
Bölmə:Karusel | çapa göndər

O, gileylənib ki, sentyabrın 19-dan bəri tabeliyində olan 23 əsgərdən cəmi yeddi əsgər qalıb, ona görə də adam lazımdır...
Rusiyanın hakimiyyətyönlü mediası vətəndaşları bacardığı qədər Putinin “xüsusi əməliyyatında” iştiraka həvəsləndirməyə çalışır. Bu günlərdə adamyeyən” ləqəbli hərbçinin səfərbərliyə yaşı düşənlərə müraciəti ictimaiyyətə açıqlanıb. Əslində bu çağırış adi vətəndaşı təşviq etməkdən daha çox, qismən səfərbərlikdən daha da qorxudur...
Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna mediası yazır.

Oktyabrın 4-də qondarma “hərbi müxbir” Aleksandr Kotsun teleqram kanalına istinadla Rusiyanın “Moskovski Komsomolets” nəşri "adamyeyən"in müraciətini dərc edib.
Jurnalistlərin sözlərinə görə, hərbçi “xüsusi əməliyyat”a göndərilməzdən əvvəl qəbiristanlıq direktoru işləyib. Bu işğalçı 3 aydır ki, Ukrayna ərazisindədir.
"Adamyeyən"in sözlərinə görə, guya ilk döyüşü yaşamaq kifayətdir, buna mənəvi baxımdan hazır olmaq lazımdır: “İndi geri çəkilirik və buna görə də narahatıq, hücuma ehtiyacımız var. Gözləyirik, gəlin”- deyə səfərbər olanunlara üz tutub.
“Adamyeyən” həmçinin gileylənib ki, sentyabrın 19-dan bəri tabeliyində olan 23 əsgərdən cəmi yeddi əsgər qalıb, ona görə də adam lazımdır...
Xəbərə verilən şərhlərdə hətta rusların özləri də səfərbərliyə dəstək verən bu cür “motivasiyaedici” materiallara açıq şəkildə istehza edirlər...
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
19-11-2025, 14:38
Azərbaycanda dövlət satınalmalarının sayı artıb –HP sədri
28-11-2022, 12:35
Naxçıvan gömrüyündə bu qadağalar ləğv olundu
30-07-2024, 16:17
Ukrayna Çinin XİN başçısını Kiyevə dəvət edib
19-09-2025, 14:32
Azərbaycan və Türkiyə hibrid təhdidlərə dair birgə təlim keçirəcək
25-11-2021, 14:07
Baş Prokurorluq: "Polisin ölümü ilə bağlı araşdırmalar aparılır"
18-08-2021, 14:44
Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb
24-04-2022, 20:11
"Qarabağ" "Qəbələ"ni məğlub etdi
30-06-2021, 20:58
Bu il 2800-dən çox məhkuma elektron qolbaq tətbiq edilib














