Saytımızı qiymətləndirin


 
 

Sabirabadda 16 yaşlı qız 40 yaşlı kişiyə ərə verilib
Tarix: 05-10-2022 | Saat: 13:00
Bölmə:Karusel | çapa göndər

Sabirabadda 16 yaşlı qız 40 yaşlı kişiyə ərə verilib

Polis Sabirabad rayonunda yeniyetmənin babası tərəfindən zorla ərə verilməsi iddiası ilə bağlı açıqlama yayıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Modern.az-a bildirib ki, faktla bağlı araşdırma aparılıb:

 

"Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

 

Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması müəyyən edilib. Valideynləri isə övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər”.

 

Fakt polis tərəfindən nəzarətə götürülüb.

 

Qeyd edək ki, Sabirabadda 16 yaşlı qızın 40 yaşlı kişiyə ərə verilməsi barədə xəbərlər yayılmışdı.



Xəbəri paylaş

152 dəfə oxunub.

Digər xəbərlər