Tarix: 04-10-2022 | Saat: 23:29
Bölmə:Karusel | çapa göndər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Qarabaginfo.az xəbər verir ku, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
"Oktyabrın 4-də Amerika tərəfinin təşəbbüsü ilə Ermənistanın xarici işlər naziri, ABŞ dövlət katibi və Azərbaycanın xarici işlər naziri arasında telefon danışığı olub.
Telefon danışığı zamanı oktyabrın 2-də Cenevrədə keçirilən görüşlə bağlı fikir mübadiləsi aparılıb".
Telefon danışığı zamanı tərəflər Ermənistan-Azərbaycan sülh müqaviləsi üzərində iş barədə də danışıblar.
Tərəflər Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin bərqərar edilməsinə yönəlmiş müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
Digər xəbərlər