Ukrayna prezident Volodimir Zelenski Nobel Sülh Mükafatının favoritləri siyahısına daxil edilib.
Bu barədə "Reuters" məlumat yayıb.
Agentlik yazır ki, Nobel Komitəsinin builki bəyanatında, xüsusən də Rusiyanın təcavüzü pislənilə bilər.
Sülh mükafatının laureatı oktyabrın 7-də Osloda elan olunacaq.
Daha əvvəl namizədlər siyahısına “Belarus müxalifətinin lideri” kimi təyin olunan Svitlana Tıxanovskaya və həbsdə olan Kreml tənqidçisi Aleksey Navalnının da daxil edildiyi məlum olub. Polşa fevralda Krım tatar xalqının lideri Mustafa Cemilevi Sülh Mükafatına namizəd göstərib.
Bildirilir ki, Nelson Mandela, Cimmi Karter, Andrey Saxarov və Mixail Qorbaçovun da adı favoritlər siyahısındadır.