Saytımızı qiymətləndirin


 
 

Putinin nüvə hədəsini ciddi qəbul edin! - Merkel
Tarix: 28-09-2022 | Saat: 16:08
Bölmə:Karusel | çapa göndər

Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı hədələrinə cavab verib.

 

Qarabaginfo.az bildirir ki, Merkelin fikrincə, Putinin nüvə hədələrini ciddi qəbul etmək lazımdır. 

 

Onun sözlərinə görə, Putinin bütün hədələrini blef hesab etmək olmaz:

 

“Sözləri ciddiyə almaq, onları əvvəldən rədd etməmək lazımdır. Deyirlər ki, bu, sadəcə, blefdir, amma bu təhdidi ciddi qəbul etmək, heç bir halda zəiflik və ya sakitləşdirmə əlaməti deyil, siyasi müdrikliyin əlamətidir”, - deyə Merkel vurğulayıb.

 

Xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin nüvə silahından danışarkən, Rusiya Federasiyasının ərazi bütövlüyünə təhlükə yaranarsa, bütün mümkün vasitələrdən istifadə ediləcəyini diqqətə çatdırıb.



Xəbəri paylaş

634 dəfə oxunub.

Digər xəbərlər