Saytımızı qiymətləndirin


 
 

NATO Azərbaycan hökumətinin Əfqanıstana etdiyi yardımları yüksək qiymətləndirib
Tarix: 01-12-2017 | Saat: 16:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Asiyanın Qəlbi”-İstanbul Prosesi çərçivəsində Bakıda keçirilən VII nazirlər konfransı çərçivəsində NATO-nun Əfqanıstan üzrə ali mülki nümayəndəsi Cornelius Zimmermanı qəbul edib.

XİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanın ev sahibliyi etdiyi “Asiyanın Qəlbi”-İstanbul Prosesi çərçivəsində VII Nazirlər Konfransının işi və sözügedən platformanın oynadığı mühüm rol təqdir edilib.

E.Məmmədyarov rəsmi Bakının NATO-nun Qətiyyətli Dəstək Missiyasında iştirakı, eləcə də Əfqanıstan nümayəndələrinin idarəçilik, silahlı qüvvələr üzərində mülki nəzarət, mina təmizləmə, hüquq-mühafizə, hərbi sahədə qabiliyyətlərinin artırılması məqsədilə həyata keçirdiyi təlim və kurslardan söz açıb və bu dəstəyin davam etdiriləcəyini bildirib.

Nazir həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin keçən həftə Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə qeyd etdiyi kimi Əfqanistanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün orada xidmət edən hərbi qulluqçuların sayının artırılacağını diqqətə çatdırıb.

Cornelius Zimmerman Əfqanıstanın Bərpası Xüsusi Fonduna və Əfqanıstan Milli Ordusu üzrə Etimad Fonduna Azərbaycan hökumətinin etdiyi yardımları yüksək qiymətləndirib. 



Xəbəri paylaş

647 dəfə oxunub.

Digər xəbərlər
13-01-2022, 16:22 Əli Əliyev həbs edilib